“Qəbələ” Budapeştdə 6-cı oldu

Macarıstanın paytaxtı Budapeştdə 15 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, "Qəbələ”nin U-15 komandası turnirin son günündə iki matç keçirib. 5 - 8-ci yerlər uğrunda mübarizədə ilk rəqib İtaliya təmsilçisi "Kavolano” olub. "Qırmızı-qaralar” bu görüşdə böyükhesablı qələbə qazanıb – 6:0. Mehrac Baxşəliyev və Kamal Kazımovun dubl etdiyi qarşılaşmada Gülağa Əsədovla Ümüd Həmzəyev hərəyə 1 qol vurub. 

 

"Qəbələ” 5-ci yer uğrunda matçda Macarıstanın "Uypeşt” klubu ilə görüşüb. 0:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adına isə İtaliya "Udineze”si yiyələnib.

Tarix: 11 İyun [09:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2018
23  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio