Şehiçin yeni klubu ilə müqaviləsinin şərtləri açıqlandı

11:27 - 11 İyun 2018

"Qarabağ"dan ayrılan İbrahimin Şehiçin yeni klubu müəyyənləşmək üzrədir.

 

Sportal.az xəbər verir ki, adı "Parma" ilə hallanan Bosniya və Herseqovina millisinin üzvü karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır. "Fotomaç"ın məlumatına görə, Şehiç elitanın debütantı "Ərzurumspor"la müqavilə 2 illik müqavilə imzalayacaq. 29 yaşlı qolkiperin illik əmək haqqı 550 min avro olacaq.

 

Qeyd edək ki, Şehiç 2013-cü ildən "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubuna Türkiyənin "Mersin İdman Yurdu" klubundan transfer olunmuşdu.

Xəbər xətti