"Sumqayıt"da növbəti ayrılıq

12:41 - 11 İyun 2018

"Sumqayıt"da növbəti ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Elnur Abdullayev "Gənclik şəhəri" təmsilçisindən ayrılıb. 32 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub.

 

Qeyd edək ki, Abdullayev ötən mövsüm qış fasiləsində "Keşlə"dən "Sumqayıt"a keçmişdi.

 

Amil Yunanov, Azər Salahlı, Vüqar Bəybalayev, Bəhlul Mustafazadə, Tural Axundov, Kamal Mirzəyev, Rəşad Eyubov da "Sumqayıt"dan ayrılıb.

Xəbər xətti