Premyer Liqa klubunda yeni təyinat

13:05 - 11 İyun 2018

Növbəti mövsümdən Topaz Premyer Liqasında çıxış edəcək “Sabah” klubunun mətbuat xidmətinin rəhbərinin kimliyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri vəzifəsi tanınmış idman jurnalisti Elnur Həmidova həvalə olunub.

 

Əvvəllər siyası mətbuatda çalışmış Həmidov, idman mətbuatında Komanda.az saytında işləyib. O, Komanda.az saytında işlədiyi uzun müddət ərzində bir dəfə ilin idman jurnalisti də seçilib.

Xəbər xətti