Millimizin üzvü baş məşqçi haqda: "Gəncləri heç düşünmürdü"

14:15 - 11 İyun 2018

“Futbolçu oynamayanda özünü pis hiss edir. Mövsümün ilk yarısında “Bursaspor”da gözlədiyim şans verilmədi. Pol Le Quen gəncləri heç düşünmürdü. Ona görə də getdim”.

 

Sportal.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökcü deyib. 20 yaşlı vinger "Bursaspor"da uzun illər oynamaq istədiyini deyib:

 

“Təcrübə ehtiyatda oturaraq deyil, oynayaraq qazanılır. "Valveyk"də 14 oyuna 1 qol vurub, 3 assist etdim. Oynadıqca milli komandaya yolum yenidən açıldı. Hazırda "Bursaspor"dayam və komandamla oyuna çıxmaq istəyirəm. Klubumuzun böyük hədəfləri var. Baş məşqçimiz Samet Aybaba gənclərə önəm verən mütəxəssisdir. Getdiyi hər komandada iz qoyur. Bu, mənim kimi gənc futbolçular üçün böyük şansdır. Baş məşqçinin inamını qazanıb, “Bursaspor”da uzun illər oynamaq istəyirəm. Böyük hədəflərim var”.

 

Qeyd edək ki, Ozan Can Kökcü ötən il "Feyenoord"dan "Bursaspor"a keçmişdi. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın II Liqa klubu "Valveyk"də keçirmişdi.

Xəbər xətti