"Neftçi" 3 futbolçu ilə müqaviləni uzatdı

16:27 - 11 İyun 2018

Ötən mövsüm "Neftçi” PFK-nın heyətində çıxış edən 3 futbolçu ilə müqaviləni yenilənib.

 

Sportal.az xəbər verir ki, komandanın kapitanı Ruslan Abışov 2 il, Məhəmməd Mirzəbəyov isə daha 1 il "ağ-qara” formanı geyinəcək. Ukraynalı arxa xətt oyunçusu Kirilo Petrovla isə müqavilə 1+1 il müddətinə artırılıb.

 

Qeyd edək ki, ötən mövsüm Abışov 30 oyunda 5 qol, Petrov 24 görüşdə 1 qol vurub. Mirzəbəyov isə 23 oyunda meydana çıxıb.

Xəbər xətti