"Neftçi"nin hazırlıq planı müəyyənləşdi

“Neftçi” Peşəkar Futbol Klubunun 2018/2019 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, hazırda istirahətdə olan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.

 

“Neftçi” iyunun 22-nə qədər paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində Roberto Bordinin yetirmələri 4 yoxlama görüşü keçirdəcək. Rəqiblərin kimliyi haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.

Tarix: 11 İyun [16:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio