"Neftçi"də ayrılıq

10:55 - 12 İyun 2018

"Neftçi"də ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" yarımmüdafiəçisi Derlis Meza Kolli ilə başa çatan müqaviləni uzatmayıb. 29 yaşlı futbolçu azad agent statusu daşıyır. Meza Kollinin 10 nömrəli formasını yeni transfer Dario Federiko geyəcək.

 

Qeyd edək ki, paraqvaylı futbolçu ötən mövsüm "Neftçi"yə keçmişdi. O, Premyer Liqada 26 oyuna (2226 dəqiqə) 1 qol vurub. Meza Kolli Azərbaycanda "Keşlə" və "Qəbələ"də də forma geyinib.

Xəbər xətti