Yuri Maksimov: "Bu, "Keşlə"də qalmağıma təsir etdi"

"Çempionatın sonuna bir tur qalmış klub prezidenti mənə komandada qalmağı təklif etdi. Kubokun final oyununun nəticəsi buna təsir etməyəcəkdi. Ancaq biz titul qazanmaq istəyirdik. Müzakirələrdən sonra "Keşlə"də qalmağa qərar verdim. İyunun 20-də Bakıya dönəcəm və rəsmi müqavilə imzalayacam".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov ölkəsinin mətbuatına müsahibəsində deyib. Ukraynalı mütəxəssis "Keşlə"də qalmağının səbəbindən danışıb:

 

"Bu komandada perspektiv görürdüm. Futbolçular inkişaf edirdilər. Komandamız Avropa Liqasına vəsiqə qazandı. Bu da qalmağıma təsir etdi. Komanda yeni yaranıb. İstədiyim "Keşlə"ni görmək üçün təxminən 4 legioner oyunçunu transfer etməliyik. Bundan əlavə, bir neçə yerli futbolçu da transfer edilməlidir".

 

"Keşlə" ötən mövsüm Premyer Liqada 6-cı yeri tutdu. Bu haqda danışan Maksimov nəticəni müsbət adlandırıb:

 

"Komandanı qışda qəbul etdim və təhlükəli zonada qərarlaşmışdıq. Buna görə də 6-cı yerə müsbət baxmaq olar. Mövsümün ikinci yarısında yaxşı çıxış etdik və ən çox xal toplayan 3 komandadan biri olduq".

 

49 yaşlı mütəxəssis ye i mövsüm hədəfləri barədə danışıb:

 

"Nümayiş etdirdiyimiz oyun bizə ümid verdi. Daha yüksək yerlər uğrunda mübarizə apara bilərik. Çalışacağıq və mübarizə aparacağıq".

 

"Keşlə" Maksimovun rəhbərliyi altında ölkə kubokunun qalibi oldu. Yuri Maksimov finalda həmyerlisi Roman Qriqorçukun çalışdırdığı "Qəbələ"ni məğlub edərək, ilk dəfə bu turnirin qalibi oldu. Mütəxəssis bunu karyerasının ən böyük uğuru kimi qələmə verməyib:

 

"Bunu ən böyük zəfər adlandırmazdım. Rusiya I Liqasında "Mordoviya" ilə qalib olub, Premyer Liqaya yüksəlmişdik. Divizion səviyyəli yarış idi və qalib gəlmək asan deyildi".

Tarix: 12 İyun [11:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2018
21  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio