"Neftçi" "Sumqayıt"ın daha bir futbolçusunu transfer etdi

"Neftçi” daha bir transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, "Sumqayıt"dan ayrılan Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

 

Rəşad Eyubov ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.


Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi "Sumqayıt"dan Tural Axundov və "Kəpəz"dən braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.

Tarix: 12 İyun [12:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2018
14  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio