Ranyerini Kardoso əvəz etdi

16:19 - 12 İyun 2018

Fransanın “Nant” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra portuqal mütəxəssis Migel Kardoso çalışdıracaq. Bu barədə klubun prezidenti Valdemar Kita məlumat verib.

 

Kardoso ötən mövsüm Portuqaliyanın “Riu Ave” klubunu çalışdırıb. Komanda onun rəhbərliyi altında ölkə çempionatını 5-ci yerdə başa vurub.

 

“Nant” əvvəlki baş məşqçisi Klaudio Ranyeri ilə əməkdaşlığı mayın 17-də bitirmişdi.

Xəbər xətti