"Sumqayıt" "Kəpəz"in futbolçusunu transfer etdi

16:57 - 12 İyun 2018

"Sumqayıt" 2018/2019 mövsümü üçün növbəti transferini həyata keçirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda son olaraq, “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevi heyətinə qatıb. 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Şəhriyar klub olaraq “Bakı”və “Qarabağ”da çıxış edib. O, Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.

 

Xəbər xətti