"Qəbələ"nin müdafiəçisi "Sumqayıt"da

17:40 - 12 İyun 2018

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" “Qəbələ”nin üzvü Yusif Nəbiyevi bir illik icarəyə götürüb. 

 

Qeyd edək ki, Yusif Nəbiyev 2016/2017 mövsümündə də “Sumqayıt” FK-nın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.

Xəbər xətti