Stamenkoviç yenidən Bakı klubunda!

21:48 - 12 İyun 2018

“Neftçi” klubunun sabiq qapıçısı Saşa Stamenkoviç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az xəbə verir ki, 33 yaşlı serbiyalı qolkiperlə Premyer Liqanın debütantı "Sabah" klubu maraqlanır. Hətta tərəflər arasında ilkin razılığın əldə olunduğu da bildirilir. 

 

Məlumatı paytaxt komandasının baş məşqçisi Elşad Əhmədov da təsdiqləyib. O, deyib ki, təcrübəli oyunçu ilə danışıq aparılsa da, hələlik məsələ açıq qalır: "Bəli, belə bir məsələ var, amma hələlik söhbət olaraq qalıb. Saşanın transferi ilə bağlı dəqiq bir söz deyə bilmərəm”.

 

Qeyd edək ki, Saşa Stamenkoviç "Neftçi"də 2011 – 2015-ci illərdə forma geyinib. O, iki dəfə Azərbaycan çempionu və ölkə kubokunun sahibi olub. Serbiyalı qapıçı 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib. Stamenkoviçin son klubu Qazaxıstanın I Divizonunda çıxış edən "Okjetpes” olub. O, komandanı yanvarda tərk edib. (Report)

Xəbər xətti