Filip Ozobiç "Qarabağ"a qoşuldu

21:57 - 12 İyun 2018

Son çempion "Qarabağ" bu gün 2018/19-cu illər mövsümünün hazırlıqlarına start verib.

 

Sportal.az xəbər verir ki, günorta saatlarında klubun bazasında bir araya gələn futbolçular günü axşam məşqiylə başa vurub. Yeni transfer Filip Ozobiç də komandayla ilk məşqinə çıxıb.

 

Qeyd edək ki, milli komandanın heyətində yer alan futbolçular növbəti günlərdə hazırlığa qoşulacaq.

Xəbər xətti