Ronaldo: "Braziliyanın dünya çempionu olmaq vaxtı çatıb" MÜSAHİBƏ

Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldo dünya çempionatının açılış mərasiminə qatılmaq üçün Rusiyaya gəlib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı veteran hücumçu jurnalistlərə müsahibə verib. Ronaldo müsahibəsində Braziliya millisi haqda suallara cavab verib:

 

- Neymar millidə qol sayında Romarioya çatdı. Bu gedişlə sizi də keçə bilər. Bu barədə fikirləriniz necədir?
- Məni də, Peleni də keçsə, biz buna sevinərik. Bu, milli komandamızın daha uğurlu çıxışına və titullar qazanmasına səbəb ola bilər. Onun qol vurmaq istəyi Braziliya millisinə uğur gətirəcək.

 

- Braziliya millisinin gücünü necə hesab edirsiz?

- Milli Titenin rəhbərliyi altında son iki ildə yaxşı futbol oynayır. Heyətdə bir sıra gənc ulduzlar var. Bəzilər ilk dəfə dünya çempionatında çıxış edəcək. İlk oyunda bir az gərginlik ola bilər, amma bunun bir problem olacağını düşünmürəm.

 

- Favoritiniz hansı komandadır?
- Braziliya favoritdir, amma İspaniyanı da möhtəşəm komanda kimi görürəm. Argentina üçün də eyni sözləri söyləyə bilərəm. Fransada gənc və istedadlı futbolçular cəmləşib. Dünya çempionatını qazanmağa bir neçə komanda iddialıdır. Ümid edirəm ki, bunu Braziliya bacaracaq. Artıq Braziliyanın bu kuboku qazanmaq vaxtı gəlib.

 

- Sizcə, Neymar PSJ-dən ayrılıb, "Real" keçər?
- Bu haqda çox dedi-qodu var. Yalnız onu deyə bilərəm ki, Neymar "Real" üçün uyğun futbolçu ola bilər.

 

- Braziliya millisinin hücumçuları - Qabriel Jezus və Roberto Firmino barədə düşüncələriniz necədir?
- Braziliya millisində oynamaq arzusunda olanlar üçün hər zaman rəqabət olacaq. Hamısı dünyanın ən yaxşı futbolçularıdır. Avropanın nəhəng klublarında oynayırlar. Hər ikisi istedadlı hücumçudur.

 

- Tite necə baş məşqçidir?
- Fikrimcə, bu günə kimi yaxşı işlər görüb. Yaxşı heyət qurub və milli layiqli oyun nümayiş etdirir. Bütün futbolçular tərəfindən sevilən məşqçidir. İnsanları idarə etməyi gözəl bilir. O, "Korintians"da məşqçim olub.

Tarix: 13 İyun [00:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2018
17  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio