Qrizmann vədinə əməl etmədi

00:50 - 13 İyun 2018

Antuan Qrizmannın gələcək karyerası ilə bağlı qərarını açıqlamaq üçün bu gün mətbuat konfransı təşkil etmişdi.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü mətbuat nümayəndələrinin qarşısına çıxıb, lakin fərqli addım atıb. O, gələcəyilə bağlı danışmaq fikrində olmadığını deyib: "Bəli, bilirəm ki, mənim qərarımı gözləyirsiz. Üzr istəyirəm, qərarımı versəm də, onu açıqlamayacam".

 

27 yaşlı hücumçunun xidmətində "Barselona" maraqlıdır.

Xəbər xətti