Demba Ba yenidən “Çin karvanı”na qoşuldu

00:53 - 13 İyun 2018

"Göztəpə" ilə müqaviləsi başa çatan Demba Banın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, "Beşiktaş"a keçəcəyi gözlənilən seneqallı hücumçu Çindən aldığı təklifdən ağlı başından çıxıb. 32 yaşlı forvard "Şanxay Şenhua"nın illik 6 milyon avroluq maaş təklifini qəbul edib. Ba 3 illik müqavilə imzalamaq üçün Çinə yollanıb.

 

Qeyd edək ki, Demba Ba daha öncə də "Şanxay Şenhua" klubunda çıxış edib. O, "Göztəpə"yə məhz bu komandadan keçmişdi.

Xəbər xətti