"Atletiko" "Monako"nun futbolçusunu transfer etdi

00:57 - 13 İyun 2018

Madridin "Atletiko" klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, "hindular" "Monako"da Tomas Lemarı transfer edib. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə dünya çempionatından sonra rəsmi müqavilə bağlanılacaq. Transferin detalları barədə açıqlama verilməsə də, Fransa mətbuatı bu keçidin bonuslarla birgə 72 milyon avroya başa gəldiyini qeyd edir.

 

Qeyd edək ki, Fransa millisinin üzvü "Monako"ya 2015-ci ildə "Kan"dan transfer olub.

Xəbər xətti