"Fənərbaxça"nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna transfer oldu

00:59 - 13 İyun 2018

Türkiyənin "Fənərbaxça" klubunun hücumçusu Fernandao karyerasını Səudiyyə Ərəsəbistanında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı forvard "Əl Vəhda" klubu ilə 3 illik müqavilə bağlayacaq. Transferlərin şərtləri açıqlanmayıb. Lakin Türkiyə mətbuatının məlumatına görə, bu keçid üçün İstanbul klubuna 6,5 milyon avro ödəniləcək.

 

Qeyd edək ki, braziliyalı futbolçu 2015-ci ildə "Bursaspor"dan "Fənərbaxça"ya keçmişdi.

Xəbər xətti