Şumuditsa "Neftçi"dən niyə imtina edib?

10:22 - 13 İyun 2018

Rumıniyalı baş məşqçi Marius Şumuditsa "Neftçi" ilə danışıqlar aparsa da, ortaq məxrəcə gələ bilmədi. Əvəzində "ağ-qaralar" italiyalı mütəxəssis Roberto Bordinlə anlaşdı.

 

Sportal.az xəbər verir ki, Şumuditsanın "Neftçi" ilə razılığa gələ bilməməsinin səbəbi müəyyələşib. Təcrübəli çalışdırıcı texniki heyətində yer alan dörd məşqçini də özü ilə gətirmək niyyətində olduğunu bildirib. "Ağ-qaralar"ın rəhbərliyi isə onun bu istəyilə razı olmayıb.

 

Şumuditsa "Neftçi" ilə danışıq apardığı zamanı digər variantından əlini üzməli olub. ÇFR Şumuditsanın "Neftçi" ilə danışıqlar apardığını görərək, baş məşqçi postuna Edvard Yordaneskunu gətirib.

Xəbər xətti