"Neftçi"dən ayrıldı, "Keşlə"yə keçdi

15:58 - 13 İyun 2018

"Keşlə”də yeni təyinat reallaşıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Eldəniz Yusifov komandanın meneceri vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, bir neçə gün əvvəl “Neftçi”nin baş meneceri vəzifəsindən ayrılan Eldəniz Yusifov 2005-2017-ci illər ərzində AZAL klubunda müxtəlif vəzifələrdə çalışıb.

Xəbər xətti