"Keşlə" 7 futbolçu ilə müqaviləni uzatdı

21:44 - 13 İyun 2018

“Keşlə” yeni mövsüm üçün heyətini formalaşdırmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu 7 futbolçusu ilə yeni müqavilə imzalamağa qərar verib. Belə ki, klub rəhbərliyi Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz və Adrian Skarlatake ilə 1 illik, Sərtan Taşkınla isə 2 illik yeni müqavilə imzalayıb.

 

Xatırladaq ki, paytaxt klubu daha öncə Azər Salahlı, Fuad Bayramov və Slavik Alxasov ilə də müqavilə müddətini artırmışdı.

Xəbər xətti