"Qəbələ" serbiyalı məşqçiylə müqavilə imzaladı

22:42 - 13 İyun 2018

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. O, Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.

 

Mütəxəssis bunadək Azərbaycanda “İnter” (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat” klublarında, həmçinin Gürcüstan milli komandasında məşqçi kimi fəaliyyət göstərib.

 

Xəbər xətti