Fransalı futbolçu "Mançester Yunayted"dən ayrılır

"Mançester Yunayted"in hücumçusu Antoni Marsial klubdan ayrılmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, bu barədə fransalı ulduzun agenti Filip Lamboley məlumat verib: "Marsial bütün variantları düşündü və "Mançester Yunayted"dən ayrılmaq istəyir. Buna bir çox səbəb var, amma indi danışmaq tezdir. Transferdən sonra səbəblərini də açıqlayacağıq".

 

22 yaşlı futbolçu 2015-ci ildə 60 milyon avro qarşılığında "Monako"dan "qırmızı şeytanlar"a transfer olmuşdu.

Tarix: 14 İyun [10:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyun 2018
21  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio