"Roma" "Real"dan 80 milyon tələb etdi

11:54 - 14 İyun 2018

"Real" "Roma"nın qolkiperi Alisson Bekeri transfer etmək üçün çalışır.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü "kral klubu"nda oynamağa maraqlıdır. İspaniya mətbuatının məlumatına görə, Madrid təmsilçisi "Roma"ya Alissonun keçidi üçün 60 milyon avro təklif etsə də, rədd cavabı alıb. "Canavarlar" 25 yaşlı qapıçı üçün 80 milyon avro tələb edib. Məlumata görə, dünya çempionatından sonra Bekerin qiyməti daha da qalxa bilər.

 

Qeyd edək ki, Alissonun "Roma" ilə müqaviləsi 2021-ci ilə qədərdir. O, ötən mövsüm 49 oyundan sonra qapısında 47 qol görüb və 22 oyunda qapısında top buraxmayıb.

 

Xəbər xətti