"Keşlə" millimizin üzvünü transfer etdi

12:54 - 14 İyun 2018

"Sumqayıt"dan ayrılan millimizin üzvü Amil Yunanovun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı forvard "Keşlə" ilə münasibətlərini rəsmiləşdirib. Tərəflər arasında 1 illik anlaşma imzalanıb.

 

Qeyd edək ki, Amil Yunanov son mövsüm Topaz Premyer Liqasında 10 qol vurub.

Xəbər xətti