"Lopeteqi bizim xəbərimiz olmadan "Real"la müqavilə imzaladı"

İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, "Real"la öncədən razılıq əldə etdiyi üçün postundan göndərilən Xulen Lopeteqinin istefası haqda danışıb:

 

"Lopeteqi bizim xəbərimiz olmadan "Real"la müqavilə imzaladı. Özümüzü xəyanətə uğranmış kimi hiss etmirik, ancaq belə hal baş verməməli idi. Bu hadisəyə reaksiya verməli idik. Nə olursa, olsun, buna bir reaksiya verməli idik, verdik də! Futbolçularla söhbət etdim, əllərindən gələni edəcəklər. Lopeteqi çox yaxşı məşqçi idi, lakin belə qərar verməli idik. İspaniya millisi bütün ispanlarındır. Onun "Real"a gedəcəyini hamıdan 5 dəqiqə qabaq öyrəndik. Belə bir addım qəbul edilə bilməzdi. Julen millini yaxşı çalışdırdı, amma belə olmamalı idi".

 

Qeyd edək ki, İspaniyanı mundialda Fernando Yerro çalışdıracaq.

Tarix: 14 İyun [14:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio