Millimizin sabiq üzvü Türkiyə klubu ilə anlaşdı

Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk karyerasını yenə Türkiyədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm formasını geyindiyi "Manisaspor”da qalacaq. 

 

Manisa klubu bir müddət əvvəl onunla yollarını ayırmışdı. Lakin klub rəhbərliyində dəyişiklik olduqdan sonra hər iki tərəf fikrindən daşınıb. Bekə ki, yeni rəhbərlik Pamuka müqaviləni yeniləməyi təklif edib. Hazırda Almaniyada olan Uğurun tezliklə Türkiyəyə qayıdıb yeni müqaviləyə imza atması gözlənilir.

 

Qeyd edək ki, “Manisaspor” TFF 1-ci liqanın son mövsümündə 18 iştirakçı arasında 17-ci olub və aşağı liqaya düşüb.

 

Vaxtilə millimizdə bir neçə oyun keçirmiş Pamuk Azərbaycanda “Sumqayıt” və "Xəzər Lənkəran”ın da formasını geyinib.

Tarix: 14 İyun [16:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyun 2018
21  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio