Neymar 2014-cü ili unutmayıb: "Bu dəfə əsl intiqam matçı olacaq"

Braziliya millisinin futbolçusu Neymar 2014-cü il dünya çempionatının yarımfinalında Almaniyaya 1:7 hesabı ilə uduzduqları oyun haqda danışıb.

 

Sportal.az xəbər verir ki, zədə səbəbindən həmin qarşılaşmanı buraxan PSJ-nin hücumçusu Almaniya mətbuatına açıqlama verib. O, özünün oynayacağı halda hesabın fərqli ola biləcəyini qeyd edib:

 

"Mənim də meydanda olacağım şəkildə o matçın yenidən oynanılmasını çox istəyərəm. Əgər mən olsaydım, həmin oyun fərqli bitərdi. Buna əminəm.Qismət belədi və mən qəbul etdim. Yenə də mənim üçün bunu qəbul etmək çox çətin idi".

 

Neymar DÇ-2018-də ALmaniya ilə qarşılaşmaq və qisas almaq istədiyini də bildirib:

 

"Bütün braziliyalılar üçün böyük bir faciə idi. Mənim üçün də həmçinin. Hamımız məhv olmuşduq, utanmışdıq. Ölkəmizdəki uğur gözləntisi və təzyiqi də bir insanın daşıya biləcəyindən çox idi. Fəqət Almaniya da möhtəşəm komanda idi. Yenidən onlarla qarşılaşmaq istəyərəm. Bu dəfə əsl intiqam matçı olacaq".

Tarix: 14 İyun [17:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio