Efirə lüt çıxacaq - İngiltərə çempion olsa

18:23 - 14 İyun 2018

İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker diqqətçəkən açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Britaniya kanalında ekspert kimi çalışan mütəxəssis İngiltərə millisinin mundialın qalibi olacağı halda, efirə alt paltarı ilə çıxacağını deyib.

 

Qeyd edək ki, Lineker 2015-ci ildə “Lester Siti” İngiltərə Premyer Liqasında çempion olacağı təqdirdə efirə alt paltarında çıxacağını bildirmişdi. Komanda çempion olduğu üçün o, vədinə əməl etmişdi.

Xəbər xətti