"Leyptsiq" uruqvaylı futbolçu transfer etdi

18:05 - 14 İyun 2018

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa klubu uruqvaylı müdafiəçi Marselo Saraççini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

20 yaşlı futbolçu Argentinanın “River Pleyt” klubundan transfer edilib. O, yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Xəbər xətti