Ölkə kubokunu qazandırdı, klubdan ayrıldı

18:34 - 14 İyun 2018

Türkiyədə növbəti baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, “Akhisar” klubu baş məşqçi Okan Burukla yollarını ayırıb. Buruk məvacibinin artırılmasını istəsə də, rəhbərlik razılaşmayıb. Bu səbəbdən də mütəxəssis klubdan ayrılıb.

 

Okan Burukun “Akhisar”da illik məvacibi 2 milyon lirə idi. Bu isə Türkiyə Super Liqasındakı baş məşqçilər arasında ən aşağı qazanc idi. O, komandaya son mövsümdə ölkə kubokunu qazandırmışdı.

Xəbər xətti