Ansi Aqolli yeni müqavilə imzaladı

21:40 - 14 İyun 2018

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ" daha bir futbolçuyla yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, geridə qalan mövsümün sonunda müqaviləsi başa çatan Ansi Aqolli daha bir il Ağdam klubunun formasını geyinəcək.

 

Müdafiəçi artıq bu gündən etibarən komandayla məşqlərə qoşulub.

Xəbər xətti