Xorvatiyalı futbolçu "Neftçi"də

00:59 - 15 İyun 2018

"Neftçi" ikinci legioner transferini edib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubundan Slavko Braliçi transfer edib. 25 yaşlı futbolçu müqavilə imzalamaq üçün Bakıya gəlib. 191 sm boya sahib olan mərkəz müdafiəçisinin paytaxt klubu ilə müqaviləsinin şərtləri bəlli deyil.

 

Braliç "Şiroki Briyeq"ə 2015-ci ildə ölkəsinin "Osiyek" klubundan keçib.

Xəbər xətti