Marselo Byelsanın yeni iş yeri bəlli oldu

17:10 - 15 İyun 2018

Marselo Byelsanın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 63 yaşlı mütəxəssis İngiltərənin “Lids” klubunu çalışdıracaq. Argentinalı mütəxəssis Çempionşip klubu ilə 2+1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, karyerası ərzində Argentina, Çili millilərini və “Atletik” (Bilbao), "Marsel" kimi klubları çalışdıran Byelsanın son klubu “Lill” olub.

Xəbər xətti