Türkiyə millisinin üzvü rəsmən La Liqada

17:35 - 15 İyun 2018

"Trabzonspor"un futbolçusu Okay Yokuşlu karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü La Liqada mübarizə aparan "Selta" klubu ilə anlaşıb. 24 yaşlı futbolçu Viqo təmsilçisi ilə 5 illik sözləşmə imzalayıb. "Selta" bu transferə görə futbolçunun məxsus olduğu kluba 6 milyon avro ödəyəcək. 

 

Qeyd edək ki, Yokuşlu "Trabzonspor"a 2015-ci ildə "Kayserispor" klubundan transfer olunub. O, Qara dəniz təmsilçisinin heyətində keçidiyi 106 oyunda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.  

Xəbər xətti