Azərbaycanda azarkeşi döyən futbolçu Georgi Hacinin komandasına transfer oldu

16:47 - 16 İyun 2018

“Neftçi”nin sabiq futbolçusu Katalin Tiranın yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, rumıniyalı futbolçu karyerasını vətənində davam etdirəcək.

 

Son olaraq ölkəsinin “Şirineasa” klubunda çıxış edən 23 yaşlı hücumçu “Vitrolul”la anlaşıb.  O, Rumıniya futbolunun canlı əfsanəsi Georgi Hacinin prezidenti olduğu klubla münasibətlərini ötən gün rəsmiləşdirib. 

 

Qeyd edək ki, Tira 2016-cı ildə “Neftçi”nin heyətində 8 oyuna 1 qol vurub.  O, oyunun sonunda meydana daxil olan azarkeşin üzərinə şığıdığı üçün “ağ-qaralar”dan qovulub. 

Xəbər xətti