Müqaviləsi uzadılmadı, "Qarabağ"a geri döndü

"Keşlə"dən göndərilən daha bir futbolçu bəlli olub. 

 

Sportal.az xəbər verir ki, Avropa Liqasında çıxış edəcək paytaxt klubu serbiyalı Nemanya Stoyanoviçlə yolları ayırıb. Qışda Vyana "Qarabağ"ından icarəyə götürülən yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmayıb.  O, müqavilə ilə məxsusu olduğu Avstriya klubuna geri qayıdacaq.

 

Qeyd edək ki, "Keşlə" Stoyanoviçdən öncə Pablo Podio və Qara Qarayevlə vidalaşıb.

Tarix: 17 İyun [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyul 2018
21  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio