Pike: "Qrizmann "Barselona"ya gələ biləcəyini demişdi"

12:12 - 17 İyun 2018

"Barselona"nın 100 milyon avroya heyətinə qatmaq istədiyi Antuan Qrizmann "Atletiko"da qalmağa qərar verdi. 

 

Sportal.az xəbər verir ki, Kataloniya klubunun cəbhəsindən məsələ ilə bağlı ilk açıqlama gəlib. Komandanın müdafiəçisi Jerar Pike Qrizmann barədə danışıb: "Klub prezidenti Xosep Mariya Bortomeu ilə danışdım. Çox əsəbi idi, çünki Antuan Qrizmannı transfer etmək istəyirdi. Artıq bu hekayət bitdi. Qrizmann bir neçə ay əvvəl "Barselona"ya gələ biləcəyini demişdi. Ancaq "Barselona" bir futbolçudan daha böyükdür. Əgər gəlmirsə, öz seçimidir"

 

Qeyd edək ki, Antuan Qrizmann 2014-cü ildən "Atletiko"da çıxış edir.

Xəbər xətti