"Qarabağ" İtaliya klubunun futbolçusu ilə danışıqlara başladı

14:55 - 17 İyun 2018

Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən "Çezena"nın yarımmüdafiəçisi Kərim Laribini transfer etmək istəyir. Tərəflər arasında danışıqlar aparılır. Əgər razılaşma əldə olunsa, tunisli yarımmüdafiəçi "atlılar"la müqavilə imzalayacaq.

 

Qeyd edək ki, 27 yaşlı sol cinah yarımmüdafiəçisi 2016-cı ildə "Sassuolo"dan "Çezena"ya icarə verilmişdi. Ötən il isə o, birdəfəlik "Çezena"ya transfer olmuşdu.

 

Laribi İtaliyanın U-20 və U-21 millilərində çıxış edib. Kərim 2017-ci ildə Tunis millisində dəvət alıb və 1 oyun keçirib. Onun adı dünya çempionatına aparılan heyətə daxil edilməyib.

 

İtaliyanın "İnter" klubunun yetirməsi olan Laribi peşəkar peşəkar karyerasına kimi "Fulhem" və "Palermo"da da çıxış edib. O, 2010-cu ildə Sicilya təmsilçisi ilə peşəkar müqavilə imzalamışdı. Kərim "Sassuolo" və "Bolonya"da da çıxış edib.

Xəbər xətti