"Qarabağ" Kintana ilə bağlı qərar verdi

16:20 - 17 İyun 2018

"Qarabağ"la müqaviləsi başa çatan Dani Kintananın yeni mövsüm çıxış edəcəyi komanda bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu Ağdam klubunda qalıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

 

Kintana 2015-ci ildən "Qarabağ"da çıxış edir. O, 2013-15-ci illərdə "Yaqelloniya"da çıxış edib və 56 oyuna 20 qol vurub.

 

Dani ötən mövsüm Premyer Liqada 20 oyuna 5 qol vurub, 5 assist edib.

Xəbər xətti