Koutinyodan etiraf: "Çətin idi"

10:40 - 18 İyun 2018

DÇ-2018-in ilk oyununda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Braziliya millisinin yarımmüdafiəçisi Filippe Koutinyo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, komandasının yeganə qoluna imza atan 26 yaşlı futbolçu İsveçrənin müdafə xəttini yarmaqda çətinlik çəkdiklərini deyib:

 

"Bəzən rəqiblərin oyununu qəbul etmək lazımdır. Müdafiə xəttlərini yarmağa çalışırdıq, amma çətin idi. Oyun ərzində bir neçə yaxşı hücum təşkil etdik. Növbəti oyunlarda bunu unutdurmalıyıq. Yaxşı oynamaq və qalib gəlmək üçün iki oyunumuz var. Qalib gəlmək istəsək də, alınmadı".

 

Braziliya qrupda növbəti oyununu Kosta-Rikaya qarşı keçirəcək.

Xəbər xətti