Maradona Sampaolini yıxıb-sürüdü: "Oyun planı təmiz rüsvayçılıq idi"

Argentina milli komandasının əfsanəvi futbolçusu Dieqo Maradona açıqlama verib.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu DÇ-2018-in qrup mərhələsinin İslandiyaya qarşı ilk matçında 1:1 hesablı heç-heçə edən Argentinanın baş məşqçisi Xorxe Sampaolini sərt şəkildə tənqid edib:

 

"Əgər Argentina bu taktika ilə oynamağa davam etsə, Sampaoli ölkəyə qayıda bilməyəcək. Onun oyun planı təmiz rüsvayçılıq idi. Rəqib futbolçular hündürboy idilər, ancaq künc zərbələrində top cərimə meydançasına doğru ötürüldü. Belə oyun olmaz, biabırçılıqdır. Mən futbolçuları günahlandırmıram. Günah məşqçidədir. İslandiya meydanda daha hazırlıqlı görünürdü. Bu da məni məyus edirdi".

 

Maradona oyunda penaltini qaçıran Messini müdafiə edib:

 

"Ən yaxşı futbolçular belə səhv edir. Mən belə ardıcıl 5 penalti qaçırmışam, ancaq yenə də Maradonayam. Messi əlindən gələni etdi. Penaltini qaçırdığı üçün çox üzgün görünürdü. Qələbə qazanmamaqda tək günahkar o deyil, futbol komanda oyunudur. Tanrının da dəstəyi olsa, Argentinanın bacara bilməyəcəyi təqib yoxdur".

 

Argentina qrupun ikinci matçında Xorvatiya ilə qarşılaşacaq.

Tarix: 18 İyun [11:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio