"Çelsi"nin Levandovski planı

12:28 - 18 İyun 2018

Ötən mövsüm hücum xəttində sıxıntılar yaşayan "Çelsi" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, "mavilər" "Bavariya"nın forvardı Robert Levandovskini hədəfə alıb. Agentini dəyişdirən və Münhen klubundan ayrılmaq istəyən Robert karyerasını başqa ölkədə davam etdirmək istəyir. Lakin Bundesliqa klubu 2021-ci ilə qədər müqaviləsi olan 29 yaşlı forvardı buraxmaq istəmir. "Çelsi" isə Alvaro Morato və Mişi Batşuayinin satışından bu keçidi həll etməkdə israrlıdır.

 

Polşa millisinin üzvü 2014-cü ildən "Bavariya"da çıxış edir.

Xəbər xətti