Rauf Əliyev fərqləndi, "Qəbələ" MOİK-lə heç-heçə etdi

Yeni mövsümə hazırlaşan “Qəbələ” yoxlama görüşü keçirib.

 

Sportal.az xəbər verir ki, Qəbələdə baş tutan hazırlığın 1-ci mərhələsini başa vuran Sənan Qurbanovun çalışdırdığı kollektiv bu gün Bakıda yoxlama oyunu keçirib. “Bakı”nın təlim-məşq bazasında baş tutan qarşılaşmada “Qəbələ”nin rəqibi Birinci Divizion təmsilçisi MOİK olub. Qarşılaşma 1:1 hesabıyla bitib.

 

MOİK-in heyətində Elmir Tağıyev hesabı açıb. Matçın sonlarına yaxın “Qəbələ”nin yeni transferlərindən olan Rauf Əliyev özü qazandığı penaltini qola çevirib.

 

“Qəbələ”nin milli komandalara dəvət almış futbolçuları, eləcə də yeni transfer Sabien Lilay bu görüşün iştirakçısı olmayıb.

 

“Qəbələ” iyunun 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.

Tarix: 18 İyun [13:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio