“Qəbələ” “Beşiktaş”a qalib gəldi

Çexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası yarışın son oyun günündə 3 matç keçirib.

 

9-16-cı yerlər uğrunda mübarizə aparan “qırmızı-qaralar” öncə Çexiya “Fastav Jlin”i ilə qarşılaşıb. Qolsuz bitən görüşdə penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri qalib gəlib – 5:4.  Çexiyanın digər təmsilçisi “Slovaçko”ya 0:2 hesabı ilə uduzan “Qəbələ” son qarşılaşmada Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gəlib. Qolsuz bitən görüşdə “Qəbələ” penaltilərlə qalib gəlib – 6:5.

 

Beləliklə, “qırmızı-qaralar” turniri 15-ci yerdə başa vurub. Turnirin qalibi adına isə finalda Almaniya “Herta”sına 2:0 hesabı ilə qalib gələn İspaniya “Barselona”sı yiyələnib.

Tarix: 18 İyun [14:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio