"Qəbələ"də Cavid Hüseynov şoku

16:40 - 18 İyun 2018

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov zədə səbəbindən bir müddətlik sıradan çıxıb. 

 

Komandanın Qəbələdəki ilkin toplanışı zamanı zədə alan futbolçunun durumunun ciddi olduğu üzə çıxıb.  Həkimlər yarımmüdafiəçinin 3 həftə məşq edə bilməyəcəyini açıqlayıb. Cavid komandanın Sloveniya toplanışında iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, təcrübəli futbolçu bu gün MOİK-lə yoxlama matçını kənardan izləyib. 

Xəbər xətti