Millidə qalmaqal: Oyuna çıxmaqdan imtina etdi

17:42 - 18 İyun 2018

Nikola Kaliniç Xorvatiya millisindən uzaqlaşdırıla bilər.
 
Sportal.az xəbər verir ki,  buna səbəb onun Nigeriya ilə oyunda (2:0) meydana daxil olmaq istəməməsidir. Matçın sonuna 5 dəqiqə qalmış baş məşqçi Zlatko Daliç Mario Mandjkuiçi Kaliniçlə əvəz etmək istəyib.
 
Lakin 30 yaşlı hücumçu kürəyində ağrı olduğunu əsas gətirərək meydana daxil olmaqdan imtina edib. Buna görə də, Mandjukiçin əvəzinə meydana Marko Pyatsa daxil olub.

Xəbər xətti