Roberto Martines: "Dünya çempioatında asan oyun yoxdur"

01:09 - 19 İyun 2018

Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-in G qrupunda Panamaya qalib gəldikləri (3:0) oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 44 yaşlı ispan mütəxəssis DÇ-də bütün oyunların çətin keçdiyini deuib:

 

"Dünya çempioatında asan oyun yoxdur. İlk hissədə çətinlik çəksək də, fasilədən sonrakı oyunumuzdan razı qaldım. Üstəlik, qol buraxmamağımız məni daha razı saldı. Mertensin möhtəşəm qolu bizim üçün vacib idi. Turnirdə 90 dəqiqə ərzində layiqli mübarizə aparmaq lazımdır, bir an belə boşalmaq olmaz".

 

Belçika növbəti turda Tunislə qarşılaşacaq. Oyun iyunun 23-də baş tutacaq.

 

Xəbər xətti